DİM bəzi elektron xidmətlərdən istifadəni dayandırdı 

12:40 01.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi (DİM) elektron xidmətlərindən istifadə edən şəxslərə müraciət edib.

 

Bu barədə hafta.az-a DİM-dən məlumat verilib.

 

Müraciətdə qeyd olunub ki, serverdə aparılan texniki işlərlə əlaqədar olaraq hal-hazırda şəxsi kabinet vasitəsi ilə keçid edilən xidmətlərdən istifadə müvəqqəti dayandırılıb.

 

Son müddəti müəyyən olunmuş qeydiyyatların uzadılması barədə əlavə məlumat veriləcəkdir.